Gədəbəydə qonşular ana və qızını döyüb

Cəmiyyət

Gədəbəy rayonunda ana və qızı döyülərək ağır xəsarətlər alıb.

“Report” xəbər verir ki, hadisə rayonun Talakənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1940-cı il təvəllüdlü H.Ələsgərova və onun qızı 1974-cü il təvəllüdlü Z.Ələsgərova döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

H.Ələsgərovanın xəsarətlərlə yanaşı qolunun da sındığı bildirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qızının durumu isə kafidir.

Özlərinin deməsinə görə, onlar qonşuları tərəfindən döyülərək xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir