
Gəncədə bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 37 yaşlı T. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Əhməd Həsənov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
23:36
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, insident şəhər ərazisində qeydə alınıb.
Bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsin 1988-ci il təvəllüdlü T. İsmayılov olduğu müəyyən edilib. Yaralı dərhal əməliyyata götürülüb və vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
