Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “BMW” ilə digər minik maşını toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü F.Rzayeva və onun övladı, 2009-cu il təvəllüdlü S.Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
www.102info.az
