Gənclər Liqasında çıxış edən “Şamaxı” komandası texniki məğlubiyyət alıb

Baş səhifə
Gənclər Liqasında çıxış edən Şamaxı komandası texniki məğlubiyyət alıb

AFFA Gənclər Liqasında çıxış edən “Şamaxı” klubunun komandasına texniki məğlubiyyət verilib.

“Report” xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi “Qarabağ”la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

Bundan əlavə, U-13 Liqasında “Sumqayıt City” də texniki məğlubiyyət alıb. “Gənclik şəhəri” təmsilçisi “Məhəllə Uşaqları” ilə matçda təyin olunanda vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir