GİF formatında şəkillərin yaradıcısı vəfat edib

Dünya

GİF formatında şəkillərin yaradıcısı Stiven Uilhayt 74 yaşında vəfat edib. 

Bu barədə “NBC News” televiziya kanalı məlumat verib.

Bildirilir ki, Uilhayt martın 14-də ABŞ-da COVID-19-un törətdiyi fəsadlardan həyatını itirib. Bu xəbəri onun həyat yoldaşı Ketlin də təsdiqləyib.

Xatırladaq ki, “Graphics Interchange Format” (GİF) formatında şəkillər 1987-ci ildə Stiven Uilhayt tərəfindən yaradılıb. O vaxt o, “Compuserve” şirkətində çalışıb. İllər sonra şəkillərin belə formatı sosial şəbəkələrdə emosiyaların göndərilməsi üçün əsas metoda çevrilib.

Stiven Uilhaytın 2013-cu ildə “Lifetime Achievement Award” mükafatını aldığını qeyd etmək yerinə düşər. O, bu mükafata internet mədəniyyətinə verdiyi töhfəyə və GİF formatında şəkillər yaratdığına görə hər il keçirilən 17-ci “Webby Awards”da layiq görülüb.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir