“Gismeteo” meteoroloji portalı öz rəsmi saytında interaktiv xəritədə “Dağlıq Qarabağ Respublikası” adının qeyd edilməsini səhv adlandırıb.
Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.
Portal nümayəndələri vurğulayıblar ki, bu səhv “Open Street Map” xəritə tərtibatçıları xidməti tərəfindən buraxılıb.
“Bizim xəritədə adların qoyulması ilə heç bir əlaqəmiz yoxdur. Biz öz tərəfimizdən Rusiya Federasiyasının qanunvericiliyini rəhbər tuturuq. “Gismeteo”da mübahisəli ad haqqında heç bir qeyd yoxdur”, – mesajda deyilir.
Təşkilat bu məsələnin həlli və portal xəritələrindəki səhv toponimlərin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görüb.
Xatırladaq ki, “Gismeteo” meteoroloji internet portalında “Dağlıq Qarabağ Respublikası” qeydi ilə interaktiv xəritə yerləşdirilib. Bu, Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub, çünki Bakı dəfələrlə Qarabağ münaqişəsinin keçmişdə qaldığını və ölkə ərazisində Dağlıq Qarabağ adlı inzibati-ərazi vahidinin olmadığını bəyan edib. Belə bir nişan, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin 11-ci bəndinin pozulmasıdır.
Mənbə: news.ru
www.102info.az
