“Google”da Rusiyanın bütün hərbi-strateji obyektləri əla keyfiyyətlə əlçatan oldu – FOTO

Dünya

“Google Maps” xidmətində artıq maksimum keyfiyyətlə Rusiyanın strateji və hərbi obyektlərini, o cümlədən müxtəlif qitələrarası ballistik raketlərin buraxılış mədənlərini, komanda postlarını, məxfi təlim meydançalarını və s. görmək mümkündür.

İndiyə qədər onlar pis keyfiyyətdə əks olunurdu.

Məsələn, şəkillər sayəsində Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov”da iş prosesini qiymətləndirmək olur. Bundan başqa, Murmansk yaxınlığındakı nüvə silahı anbar bazasına yaxşı keyfiyyətdə baxmaq əlçatandır. Həmçinin arzu edənlərin Rusiya Müdafiə Nazirliyinin uçuş sınaq mərkəzində beşinci nəsil “Su-57” qırıcısının peykdən necə göründüyünü qiymətləndirmək imkanı da var.

Mənbə: Ukrainskaya Pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir