Goranboy sakini Tərtərdə minaya düşdü

Cəmiyyət

Tərtərdə mina partlayışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Həsənqaya kəndi ərazisində qoyun otararkən minaya düşüb.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir