Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Cəmiyyət

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

99-EU-673 dövlət nömrə nişanlı “Mercedes” və 10-SZ-919 dövlət nömrə nişanlı “Lexus” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Sultanov Fərrux Aslan oğlu və 2011-ci il təvəllüdlü Sultanzadə Yəhya Fərrux oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir