Göyçayda kişi bacanağını bıçaqladı

Cəmiyyət

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, rayonun Çərəcə kənd sakini Habil Bəkirov bacanağı, 1970-ci il təvəllüdlü Habil Səmədova şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub:

“Hadisədə istifadə edilən soyuq silah maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.

Hazırda Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir