Göygöldə baş verən qəzada ölənlərin kimliyi açıqlanıb – YENİLƏNİB

Baş səhifə

Göygöldə baş verən ağır yol qəzasında ölən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, həyatını itirənlər Ə. Abidin və H. Vəlizadədir.

Qəza Gəncə–Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb edilib. Avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı maşın aşıb.

İlkin məlumata görə, iki nəfər hadisə yerində ölüb, xəsarət alanların da olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir