Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının əməkdaşları şəhid Kapitan Mürşüd Məmmədovun məzarın ziyarət etdilər.

Gündəm Hərbi

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov “Zəfər Müjdəli Novruz” bayramı münasibəti ilə 24 Mart 2022-ci il tarixində Yevlax şəhərində l Qarabağ müharibəsi şəhidi Kapitan Məmmədov Mürşüd Ağa oğlunun məzarını və Bakı şəhərində ailəsini ziyarət edərək, Novruz Bayramını təbrik edib.
Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi. Qeyd etdi ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Kapitan Məmmədov Mürşüd Ağa oğlu 29 noyabr 1959-cu ildə Kəlbəcər rayonunun Hacıkənd ( Sınıqkilsə) kəndində anadan olub. 1977-ci ildə Kəlbəcər rayon 1 saylı orta məktəbi bitirib. 1979-cu ildə Rusiyanın Krasnoyarsk şəhərində hərbi xidmətdə olub. Mürşüd Məmmədov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Hərbi-idman fakultəsində ali təhsil aldıqdan sonra Kəlbəcər şəhər 3 saylı orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.Kəlbəcərdə torpaqlarımızın müdafiəsinə qalxan Mürşüd Məmmədov əlinə silah alaraq birbaşa cəbhəyə Ermənistanın Kəlbəcərlə həmsərhəd olduğu Söyüdlü zastavasına yollanıb.Tabeliyindəki bölüklə düşmənə qarşı mərdliklə vurşmuş, mülkü əhalinin, xüsusilə qoca, qadın və uşaqların girov düşməməsi üçün var gücü ilə çalışmışdır.
1993-cü il Dekabrın 29-da Hacıkənddən Kəlbəcər istiqamətində yürüş zamanı 3-cü keçmiş ( 712 ) taborun şəxsi heyəti Bozlu, Babaşlar,Lev, Təkəqaya kəndlərini işğaldan azad etsədə, təəssüf ki, bu qələbəni qoruyub saxlamaq mümkün olmamışdı. 1994-cü ildə Murov əməliyyatında iştirak etmiş komandirlərdən biri olmuşdur. 24 yanvar 1994-cü il Qanlıkənd döyüşündə əsil igidlik göstərərək komandirlik vəzifəsini layiqincə yerinə yetirərək qəhrəmancasına şəhid olmuşdur.Ölümündən 6 gün əvvəl mayor rütbəsin alsada,ancaq o mayor paqonlarını taxa bilməmişdi.
Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə qəhrəman zabit ölümündən sonra ” Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Mürşüd Məmmədovun adı əbədiləşdirilmiş Kəlbəcər rayon 42 nömrəli orta məktəbə adı verilmişdir. Şəhid Kapitan Mürşüd Məmmədovun adını daşıyan nəvəsi Mürşüdün də arzusu gələcəkdə hərbiçi olmaqdır.
Sonda şəhidin ailə üzvləri bildirdilər ki, bu günə şükürlər olsun ki, qəhraman oğullarımız şəhidlərimizin qisasını aldılar.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir