Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində seçiciləri ilə növbəti görüş keçirib.

Gündəm

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.
Fərdi qaydada seçicilərin arzu və təkliflərini dinləyən millət vəkili Naqif Həmzəyev onların qayğı və problemləri ilə maraqlanıb.
Seçicilər millət vəkili ilə görüşdə əsasən məşğulluq, torpaq, təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, bəziləri aidiyyatı təşkilatlara yönləndirilib. Millət vəkili ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.
Görüşdə işirak edən hər bir seçici dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir