Həlak olan hərbçimiz dəfn edildi

Cəmiyyət

Dünən bədbəxt hadisə nəticəsində həlak olan hərbçimiz Məmmədov Mehralı Novruz oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, o doğulduğu Tovuz rayonunun Qəribli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

O, ötən il hərbi xidmətə yollanıb.

Evin tək oğlu olan Mehralının bir bacısı var.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir