Hacıqabulda “20 Yanvar” faciəsinin 36-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

Cəmiyyət

20 yanvar 2026-cı il tarixdə “20 Yanvar” faciəsinin 36-cı ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivləri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri rayonun şəhidlər xiyabanını ziyarət etdilər.

Ziyarət edənlər Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi və şəhid məzarları önünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə andılar. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir