Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyinin M Ə L U M A T I

Hadisə

Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixində həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından “Təcili Tibbi Yardım” çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixində saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat etmişdir.

Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə almışdır.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməmişdir.

Hazırda araşdırma davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir