Hansı qurumun “Azəriqaz”a 14 milyon manat BORCU VAR? – AÇIQLAMA

İqtisadiyyat

“Bugünkü istilik təchizatına görə olan tariflər aşağı olduğundan bizim “Azəriqaz” İstehsalat Birliyinə borcumuz yaranır”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bugünkü tariflər maya dəyərindən ən azı 8-10 dəfə aşağıdır:

“Qazın, suyun tarifləri kifayət qədər dəyişdirilsə də, istilik təchizatının tarifləri dəyişdirilməyib. İstiliklə bağlı tariflərə baxılması hazırda gündəmdə deyil”.

O qeyd edib ki, hazırda qurumun “Azəriqaz”a 14 milyon borcu var:

“Həmin borcun 6 milyon 384 minini vətəndaşlar bizə borcludurlar”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir