Hikmət Hacıyev Aİ Siyasi və Təhlükəsizlik Komitəsi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Siyasi və
Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüş keçirib.

Trend xəbər verir
ki, bu barədə Hacıyev məlumatı “X” sosial şəbəkə hesabında
paylaşıb.

O bildirib ki, görüş zamanı Azərbaycanla Aİ arasında
əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı əsaslı müzakirələr
aparılıb. Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri
Delfin Pronka minnətdarlığını ifadə edib.

Hacıyev Komitəyə Azərbaycanın regionda irəli sürdüyü sülh
gündəliyi, o cümlədən sülhün iqtisadi faydaları, Zəngəzur
dəhlizinin inkişafı və etimad quruculuğu tədbirləri barədə məlumat
verib. Komitə üzvlərinin Aİ ilə əməkdaşlıq və tərəfdaşlığın
gücləndirilməsi üçün gələcək addımları dəstəklədiklərini ifadə
etdiklərinə görə təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir