Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 75-ə çatıb.
“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə departamenti məlumat yayıb.
17:05
Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 65-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
70 nəfər yaralanıb, onlardan 10-nu yanğınsöndürənlərdir. Bundan başqa, 62 nəfər hələ də binalarda köməksiz vəziyyətdə qalıb. Tammiqyaslı xilasetmə əməliyyatları davam edir. Kompleksdəki səkkiz yaşayış blokunda 2024-cü ilin iyul ayından təmir işləri aparılır.
Hakimiyyət orqanları təmir işlərində istifadə olunan tez alışan penopolistirolun yanğının sürətlə yayılmasına səbəb olduğunu bildirir.
11:40
Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 55-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazıb.
Daha əvvəl yaşayış kompleksində yanğınla əlaqədar üç nəfərin saxlanıldığı bildirilmişdi.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
