Honq Konqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 12-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə “The South China Morning Post” nəşri mənbələrə istinadən məlumat yayıb.
16:02
Honq Konqun Tay Po rayonunda yanan yaşayış kompleksində olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşaqdan xəbər yoxdur.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu şəhər hakimiyyəti bildirib.
Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib.
Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir.
İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
