
Bakı. Trend:
Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə
evlərinin açarları təqdim olunub.
Trend xəbər
verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr
qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina
və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə
ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və
cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə
isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və
Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak
ediblər.
Ailələr sevinclə açarları təhvil alaraq, evlərində
məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 38 ailə olmaqla 139
nəfər köçürülüb. Bununla da Horovlu kəndində 132 ailə olmaqla, 541
nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif
ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
14:43
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl rayonunun
Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.
Trend xəbər
verir ki, bu gün Horovlu kəndinə 38 ailə olmaqla, 139 nəfər
qayıdıb.
<!—->
<!––>
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci
mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3,
4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz və
yüksəksürətli internetlə təmin olunub. Həmçinin Günəş panelləri
quraşdırılıb. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik
məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının,
ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı
iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin
tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal
dövründə dağıdılmış kəhrizlər bərpa edilib.
Kənddə 4,4 hektar ərazidə park kompleksi inşa olunub, Bayraq
meydanı salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və
Eldar şamı ağacları əkilib.
13:22
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, Cəbrayıl rayonunun
Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Bu mərhələdə Horovlu kəndinə 38 ailə (139 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.
