Horovlu sakini: İlk olaraq yaxınlarımızın məzarlarını ziyarət edəcəyik

Baş səhifə
Horovlu sakini: İlk olaraq yaxınlarımızın məzarlarını ziyarət edəcəyik

“Öz kəndimizə, rayonumuza, vətənimizə gedirəm. Sevinərək öz kəndimə qayıdıram”.

“Report” xəbər verir ki, bunu Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Müstəqim Balacayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ilk olaraq ailə üzvləri ilə birlikdə məzarlığı ziyarət edəcək:

“İlk olaraq ailə üzvlərimizlə birlikdə şəhidlərimizin, yaxınlarımızın məzarlarını ziyarət edəcəyik. Kəndimiz yeni tikilib, orada yaradılan şəraitlə tanış olacağıq”.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir