Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Oğuz rayonunda vətəndaşlarla səyyar-görüş keçirmişdir.

Hüquq

11 mart 2022-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Oğuz rayonu, Calud-1 qəsəbəsi, Kəlbəcər rayon 95 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
Səyyar qəbulda RİH başçısı ilə yanaşı rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri, həmçinin Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırılmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, həlli məqsədi ilə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.