Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
102info.az Avtosfer.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞDYP bölməsində çalışıb. Xocalı DYP-nin əvvəlki rəisi Nemət Məmmədov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri əsasında yaş həddi səbəbilə təqaüdə göndərilib.
www.102info.az