Baş prokurorun Bərdə rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilmişdir

Hüquq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyevin Bərdə və Tərtər rayon sakinləri ilə mayın 16-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.
Qəbul mayın 20-də saat 10:00-da Bərdə rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Bərdə rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir