Masallı rayon prokurorluğunun M Ə L U M A T I

Hüquq
İyunun 08-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirmiş, nəticədə o, almış olduğu xəsarətdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir