Ağcabədi şəhərində “Media və hüquqi maarifləndirmə” adlı konfrans təşkil edilib

Hüquq
Regional media, QHT və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Ağcabədi şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Tədbir çərçivəsində media qurumları və QHT nümayəndələrinin iştirakı ilə Ağcabədi rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub,onlar infrastruktur və əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.
Ağcabədi rayon prokuroru Vüqar Hacıyev informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.
2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından söz açan Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 200-dən çox müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirərək aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırdı.
Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir