İçərisində dörd məzar olan müəmmalı “Xəlifə türbəsi”: Sirli Buzovna kəndindən FOTOREPORTAJ

Cəmiyyət

Zəngin və qədim tarixi olan qədim Buzovna kəndində bir sıra abidələr, maraqlı tarixi olan türbələr var. Onlardan biri də Buzovna kəndində yerləşən “Xəlifə türbəsidir”.

“Xəlifə türbəsi” çox məhdud saydadır. Bu türbənin adlandırılması Səfəvilər dövrü ilə əlaqələndirilir. Səfəvilərin dövründə ətraf bölgələrə xəlifə təyin edilirdi. O dövrdə bu türbə olmayıb, daha sonra inşa edilib.

Burada şəhid Məhəmməd Mömin adlı şəxsin qəbri var. O, xəlifə Qocaəlinin nəslindəndir. Qəbrin üzərində “xoşbəxt şəhid” yazılıb.

Bir sıra məlumatlara görə, həmin ərazi bir zamanlar məzarlıq olub. Məhəmməd Möminin şərəfinə Ramana kəndində “Məhəmməd Mömin” məscidi tikilib. Xəlifə Qocaəli özü də vəfat edəndə, burada oğlunun yanında dəfn edilib.

Bu gördüyünüz türbə isə Bikəxan xanımın öz vəsaiti hesabına tikdirilib. Sovet dövründə bu məqbərələrin, türbələrin içərisində qızıl olduğuna dair şayiələr yayılmışdı. Həmin ərəfədə iddiaların əsaslı olub-olmamasını yoxlamaq üçün buralarda qazıntılar aparmaqla dağıtmışdılar. Nəticədə məqbərələrin, türbələrin qədimiliyinə ziyan dəyilib, itirilib.

Hazırda türbənin içərisində xəlifə və oğlundan başqa daha iki məzar da var. Lakin o məzarların kimlərə aid olduğu barədə dəqiq məlumat yoxdur.

Ərazidəki qəbiristanlıqda isə müxtəlif ölçüdə və formada qədimi qəbirlər var. Məzardaşlarında ölən şəxslərin peşələrinə uyğun simvolik işarələr (həkim, dərzi, bərbər və s. – red.) qoyulurdu.

Ərazidəki məzarların üzərində 12 imamın, xüsusilə də Həzrəti Əlinin adının yazılması buranın Səfəvilərə aid olduğunu sübut edir.

“Global Photo Stock”un əməkdaşının körpüdən lentə aldığı fotoları təqdim edirik:  

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir