İdarə müdiri Biləsuvar rayonunda vətəndaşları qəbul edib-FOTO

Baş səhifə

 

05.09.2022-ci ildə Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar rayonunda həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

İdarə müdirinin qəbulunda 70 vətəndaş iştirak edib. Daha çox işlə təmin olunma, dərs yükü və digər mövzulara bağlı müraciətlər edilib.

Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Sənan Mənsimli vətəndaş qəbulundan sonra Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin rəhbər heyəti və bir qrup fənn müəllimləri ilə də görüşərək tövsiyə və tapşırıqlarını vermişdir. Görüşdə məktəb məzunlarının nəticələri, buraxılış imtahanlarının nəticələri, irəlidə duran hədəflər müzakirə edilib və yeni tədris ilində qarşıda duran vəzifələr, əsas istiqamətlər, cari məsələlər barədə müzakirələr edilib və təkliflər dinlənilib.

Qeyd edək ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ cavab vermək, təhsil keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə sağlam və şəffaf mühiti formalaşdırmaqdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir