Azərbaycan çempionu ölkəni birdəfəlik tərk etdi – FOTO

İdman

Azərbaycanlı qrossmeyster Vasif Durarbəyli ölkəni birdəfəlik tərk edib.

31 yaşlı “iti zəka sahibi” özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda ABŞ-yə köçdüyünü qeyd edib.

“Həyatımın yeni fəslinin başlanması doğum günümə təsadüf etdi. 

Bundan öncə 2014-cü ildə təhsillə bağlı Sent-Louisə yollanmış və 2019-da bəzi məqsədlərimi icra etmək üçün dönmüşdüm. 5 ildəki təcrübələrim məni bir fərd kimi yaxşıya doğru dəyişdiyi qənaətindəyəm. Görək bu dəfə məni həyat nələrlə qarşılaşdıracaq və öyrədəcək!

Ötən dəfədən fərqli olaraq Azərbaycana məskunlaşma üçün qayıdacağıma əmin deyiləm. İstənilən halda məni sevənlərin və sevməyənlərin narahat olmasına ehtiyac yoxdur. Bir ayağım burada olacaq”, – deyə qrossmeyster yazıb.

Vasif Durarbəyli şahmat üzrə son Azərbaycan çempionatının qalibidir.