PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe Madrid “Real”ı ilə müqavilə imzalayıb.
Bu barədə “Marca”nın jurnalisti Ramon Alvares “Twitter” səhifəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, transfer müqaviləsi yanvarın 30-da imzalanıb. Futbolçunun tərəfində vəkil, klubu isə baş direktor Xose Sançes və klubun iqtisadi məsələlər üzrə vitse-prezidenti Pedro Ximenes təmsil edib.
O da məlum olub ki, Mbappe cari mövsüm başa çatdıqdan sonra onu rəsmən təqdim etməyi xahiş edib.
? MBAPPE FIRMÓ por el REAL MADRID el 30 de ENERO https://t.co/cLXCUpG68h vía @YouTube
— Ramón Álvarez de Mon (@Ramon_AlvarezMM) March 13, 2022
www.102info.az