“Qarabağ” “Sabah”a qalib gəldi – VİDEO

İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun növbəti görüşü keçirilib.

“Bank Respublika Arena”da “Sabah” və “Qarabağ” üz-üzə gəlib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə topu 30-cu dəqiqədə Abdullah Zubir vurub.

Qələbə sayəsində xalını 43-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. Ağdam komandasının ehtiyatda bir oyunu da var. “Sabah” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Keşlə” səfərdə “Səbail”i 3:0 hesabı ilə yenib. Tura martın 13-də keçiriləcək “Qəbələ” – “Zirə” və “Neftçi” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir