Ronaldo adını tarixə yazdırdı, qol duelini “Mançester Yunayted” qazandı – VİDEO

İdman

İngiltərə Premyer Liqasının XIX turunda “Mançester Yunayted” “Tottenhem”i qəbul edib.

Oxu.Az xəbər verir ki, olduqca gərgin və bolqollu keçən qarşılaşma birincilərin super ulduzu Kristiano Ronaldonun benefesi ilə yadda qalıb.

Portuqaliyalı hücumçu het-trik edərək komandasına qələbə qazandırmaqla yanaşı adını da dünya futbol tarixinə qızıl hərflərlə yazıdırıb.

Belə ki, Ronaldo FIFA-nın nəzarəti altında keçirilən peşəkar futbol matçları tarixində ən çox qol vuran futbolçu ünvanını əldə edib.

O, 12-ci dəqiqədə hesabı açaraq qollarının sayını 805-ə çatdırıb və uzun illərdir bu rekordu əlində saxlayan Josef Bisçana ortaq olub.

Qarşılaşmanın gedişində daha iki dəfə fərqlənən Ronaldo 807 qolla mütləq rekordçu kimi adını tarixə yazdırıb.

Matç isə “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun ən maraqlı anlarını təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir