“Formula-1”: Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanılır

İdman

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton baryerlərin quraşdırılmasına başlayır.

BŞH-dan verilən məlumata görə, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.