Azərbaycanın daha bir sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Oxu.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hovhannes Maqnakyanı 5:1 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.
Qeyd edək ki, 74 kq-da çıxış edən Cəbrayıl Hacıyev 1/4 finalda digər erməni güləşçi Menua Yaribekyana 12:2 hesabı ilə qalib gəlib.
www.102info.az