Basketbol millilərimiz Türkiyə klublarına qalib gəlib – FOTO

İdman

Basketbol üzrə kişilərdən ibarət əsas və gənclər (U-18) yığma komandalarımızın Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışları start götürüb.

Oxu.Az-a Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, kişilərdən ibarət əsas komanda 20 martadək, gənclərdən ibarət U-18 komandası isə 18 martadək müvafiq olaraq İzmir və İstanbul şəhərlərində hazırlıq keçəcəklər.

İzmir şəhərində Samit Nuruzadənin rəhbərlik etdiyi əsas yığmamız yoxlama oyunları da keçirib.

İlk oyunda Türkiyənin “Nazilli Bələdiyyəspor” komandası ilə görüşdə 48:69 hesabı ilə məğlub olan millimiz daha sonra “Karşıyaka Bələdiyyə” komandasına 75:70 hesabı ilə qalib gəlib. Bu qələbədə yığmamızın təcrübəli basketbolçusu Amil Həmzəyevin 34 xallıq performansının xüsusi rolu olub. Seçmə komandamız növbəti yoldaşlıq qarşılaşmasında da Türkiyə təmsilçisi ilə üz-üzə gəlib və “Sökə Bələdiyyəspor” kollektivinə qarşı mübarizədə meydandan 84:72 hesablı qələbə ilə ayrılıb.

Gənclərdən ibarət U-18 yığma komandamız da İstanbul şəhərində məşqlərini davam etdirərək qarşıdakı yarışlara ciddi hazırlaşır. Məşqçilər Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələri yoxlama oyunlarında öz güclərini sınaqdan keçiriblər. Türkiyə təmsilçiləri ilə iki oyun keçirən komandamız ilk olaraq “Haznədar Doruk” kollektivinə 77:52, daha sonra isə ÜNSPED basketbolçularına 71:68 hesabı ilə qalib gəlib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.