PSJ azarkeşləri Messi və Neymarı fitə basıblar – FOTO

İdman

Fransa çempionatının 28-ci turunun ev matçı başlamazdan əvvəl PSJ azarkeşləri komandanın futbolçularını fitə basıblar.

Bu barədə jurnalist Adrian Qrinye “Twitter” səhifəsində məlumat verib.

Hücumçular Lionel Messi və Neymarın daha fəal şəkildə fitə basıldığı ​​bildirilib. Həmin futbolçuların matç zamanı topa hər toxunuşu oxşar reaksiya doğurub. PSJ azarkeşlərindən alqış alan yeganə futbolçu isə hücumçu Kilian Mbappe olub.

Qeyd edək ki, Messi bu mövsüm PSJ-nin heyətində 18 liqa oyununda iştirak edib. Onun iki qolu və on məhsuldar ötürməsi var. Neymar 14 görüşdə 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Mbappe isə 25 oyunda 15 qol vurub və komanda yoldaşlarına 15 dəfə assistentlik edib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir