İspaniyada polislər “Fənərbağça” azarkeşlərini döydülər – VİDEO

İdman

Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbağça” İspaniyada “Sevilya”ın qonağıdır.

Oxu.Az xəbər verir ki, qarşılaşmada xoşagəlməz hal yaşanıb. Matçı izləmək üçün “Ramon Sançes Pisxuan” stadionuna gedən türkiyəli azarkeşlər İspaniya polisinin təzyiqinə məruz qalıblar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə polislərin azarkeşləri döydüyü görünür.