Dünyanın ən güclü klubları: “Qarabağ” yeddi pillə irəlilədi

İdman

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Qurumun saytının yaydığı məlumata görə, 307 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” da var. Ağdam klubu 149 xalla 62-cidir. “Atlıllar” fevral ayı ilə müqayisədə 7 pillə irəliləyib.

Siyahının ilk pilləsində Braziliyanın “Flamenqo” klubu qərarlaşıb (313 xal). Madrid “Real”ı 308 xalla 2-cidir, digər Braziliya təmsilçisi “Palmeyras” 263 xalla ilk “3-lüy”ü qapayır.