Türkiyə şəhərinə İslam Ölkələrinin İdman Paytaxtı adı veriləcək

İdman

“İslam Həmrəyliyi Oyunlarına 5 ay qalıb. İslam dünyası üçün çox əhəmiyyətli bir yarışdır. Biz bunun öhdəsindən uğurla gələcəyik”.

Oxu.Az-ın xəbərinə görə, bunu Konya Böyükşəhər Bələdiyyəsinin başçısı Uğur İbrahim Altay deyib. Bələdiyyə başçısı bildirib ki, Konya bu il İslam dünyasının, gələn il isə Dünya idmanının paytaxtı elan ediləcək:

“İdman obyektlərimizdə hazırlıq işləri tamamlanmaq üzrədir. Biz Gənclər və İdman Nazirliyimizlə birlikdə bütün hazırlıq işləri görürük. Bütün İslam dünyasının gözü Konyada olacaq. Martın 19-da gənclər və idman nazirimizin iştirakı ilə Konyaya İslam Ölkələrinin İdman Paytaxtı adı veriləcək. Bundan sonra İtaliyada keçiriləcək toplantıda Konya üçün mühüm qərar veriləcək. Konya 2023-cü ildə Dünya İdman Paytaxtı adını qazanacaq. Bu baxımdan Madriddən sonra Türkiyənin birinci, Avropanın ikinci şəhəri olacağıq”.

Qeyd edək ki, Türkiyənin Konya şəhərində baş tutacaq V İslam Həmrəyliyi Oyunları 9-18 avqust tarixlərində keçiriləcək. Bu yarışda Azərbaycan idmançıları da mübarizə aparacaq.

Səbuhi Musa

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.