Azərbaycanlı qadın MMA döyüşçüsü ilk qələbəsini qazandı

İdman

Azərbaycanlı qadın idmançı Suad Səlimova MMA karyerasında ilk qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, indiyədək keçirdiyi üç görüşdə məğlub olmuş Suad Niderlandın paytaxtı Amsterdamda keçirilən “Levels Fight League-4” yarışında yerli idmançı Tişa Balentinlə (o da indiyədək qalib gəlməyib – S.M.) qarşılaşıb.

Suad yalnız bu döyüşə üç gün qalmış Balentinə rəqib olub. Belə ki, Balentinin rəqibi zədələndiyindən, döyüş Niderlandda yaşayan idmançımıza təklif edilib.

Suad Səlimovanın üstünlüyü ilə keçən döyüşdə baş hakim sonda qalib olaraq idmaçımızın əlini qaldırıb.

Qeyd edək ki, Suad Səlimovanın martın 19-da 29 yaşını tamamlayacaq. İdmançı karyerasındakı bu qələbə ilə öz-özünə ad günü hədiyyəsi edib.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir