“Mançester Siti” çempionluq yolunda büdrədi, Benzema dubl etdi, “Real” qələbə qazandı – VİDEO

İdman

Avropanın aparıcı çempionatlarında bu gecə iki maraqlı oyun baş tutub. 

Oxu.Az xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə keçirilib. 

“Liverpul”la çempionluq yarışına girən və rəqibini 3 xal üstələyən “Mançester Siti” XXIX tur çərçivəsində “Kristal Palas”la matçda büdrəyib.

Xosep Qvardiolanın yetirmələri səfərdə rəqibin müqavimətini qıra bilməyiblər – 0:0.

Əgər “Liverpul” növbəti matçında qalib gəlsə, iki komanda arasındakı xal fərqi 1-ə enəcək.

***

İspaniya La Liqasının XXVIII turunda isə “Real” “Malyorka”ya qonaq olub.

“Kral klubu” görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

Madridlilərin heyətində Vinisius Junior bir, Karim Benzema isə iki dəfə fərqlənib.

Oyundan maraqlı məqamları təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir