“Atletiko”nun futbolçusu: “Oblak dünyanın ən yaxşı qapıçısıdır”

İdman

“Atletiko” (Madrid) klubunun yarımmüdafiəçisi Koke UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə cavab oyununda qazanılan qələbəni (1:0) şərh edib.

30 yaşlı futbolçu turnirdə mümkün qədər irəli getmək istədiklərini söyləyib.

“1/4 finala yüksəldikdən sonra inanılmaz hisslər yaşayırıq. Eniş-yoxuşlarla dolu belə bir mövsümdə Çempionlar Liqasında mübarizəni davam etdirmək bizim üçün vacibdir. İlk görüşdə qələbəyə layiq idik, amma cavab oyununda layiq olduğumuzu əldə etmək üçün çox mübarizə apardıq”, – ispan futbolçu bildirib.

Koke “Atletiko” klubunun qapıçısının oyununu da yüksək qiymətləndirib:

“Mən hesab edirəm ki, Oblak dünyanın ən yaxşı qapıçısıdır. O, bunu bir daha sübut etdi”.

Mənbə: UEFA.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir