“Tottenhem”dən asan qələbə, “Liverpul” “Mançester Siti”yə bir addım da yaxınlaşdı – VİDEO

İdman

İngiltərə Premyer Liqasında təxirə salınımış iki matç keçirilib.

Oxu.Az xəbər verir ki, XVI turdan təxirə salınmış matçda “Tottenhem” “Brayton”la qarşılaşıb.

Görüş londonluların qələbəsi ilə yekunlaşıb – 2:0.

Bu nəticə ilə xallarının sayını 48-ə çatdıran “Tottenhem” turnir cədvəlinin 7-ci pilləində qərarlaşıb.

XXVII turdan qalan oyunda isə “Arsenal” “Liverpul”u qəbul edib.

Çepmpionluq yolundakı əsas rəqibi “Mançester Siti”ni qarabaqara izləyən mersisaydlılar son matçda “şəhərlilər”in büdrəməsindən yararlanaraq aradakı xal fərqini 1-ə endiriblər.

Bunun üçün Kloppun yetirmələrinə iki cavabsız qolla qazanılan qələbə kifayət edib. Jota və Firimino fərqləniblər.

Qeyd edək ki, hazırda 29 oyun keçirmiş “Mançester Siti”nin 70, “Liverpul”un isə 69 xalı var.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir