“Qarabağ”ın futbolçuları Fransa və İspaniyadakı oyunlara çağırıldılar

İdman

“Qarabağ”ın futbolçuları Patrik Andrade və Leandro Andrade Kabo-Verde yığmasına dəvət alıblar.

Oxu.Az xəbər verir ki, baş məşqçi Bubista bu ay keçiriləcək toplanışa onları da çağırıb.

Hər iki orta sahə oyunçusu qarşıdakı üç yoldaşlıq görüşündə məşqçilər korpusunun sərəncamında olacaq. Bunlardan Leandro Andrade millidə ilk dəfə çıxış edə bilər.

Qeyd edək ki, Afrika qitəsindən olan Kabo-Verde millisi martın 23-ü, 25-i və 28-də müvafiq olaraq Qvadelupa, Lixtenşteyn və San-Marino ilə qarşılaşacaq. Qvadelupa ilə matç Fransanın Orlean şəhərində, digər iki qarşılaşma isə İspaniyanın San Pedro del Pinatar qəsəbəsində baş tutacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir