Poqbanın evi qarət edildi

İdman

“Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbanın evi qarət edilib.

Hadisə Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya qarşı keçirilən oyun vaxtına təsadüf edib.

Bu barədə futbolçu öz “Twitter” səhifəsində məlumat yayıb.

29 yaşlı futbolçu bildirib ki, oğrular basqını həyata keçirərkən evdə onun övladları olub:

“Soyğunçuların bizim evdən oğurladıqları yeganə qiymətli şey təhlükəsizlik hissimizdir… Bir ata olaraq, bu dünyada uşaqlarını qorumağa ehtiyac olan vaxt onların yanında ola bilməmək ən pis hissdir”, – Pol Poqba yazıb.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında  “Mançester Yunayted” cavab oyununda “Old Trafford”da “Atletiko” 0:1 uduzaraq turnirdən kənarda qalıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir