Azərbaycan əsilli boksçu Olimpiadada uduzdurulduğu idmançı ilə peşəkar rinqdə döyüşmək istəyir – VİDEO

İdman

Fransada yaşayan Azərbaycan əsilli boksçu Murad Əliyev peşəkar rinqdə üçüncü döyüşünə çıxacaq.

Oxu.Az-ın xəbərinə görə, bu döyüş martın 19-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Onun rəqibi özü iki 2 döyüşdə qalib olmuş Bosniya və Herseqovina boksçusu Miloş Veletiç olacaq.

“Ağ canavar” ləqəbli 26 yaşlı boksçu ötən il Tokio Olimpiadasında ona qarşı olan ədalətsizliyi unutmadığını bildirib:

“Olimpiadada böyük ədalətsizlik hiss etdim və rəsmilər indi səhv etdiklərini etiraf etsələr də, bu, yenə də haqsızlıq idi. Amma bu təcrübənin acısından istifadə edərək peşəkar səviyyədə böyük nailiyyətlər əldə etdiyimə əmin olacağam”.

Qeyd edək ki, Murad Tokio Olimpiadasında hakim ədalətsizliyinə görə britaniyalı Freyzer Klarka uduzdurulub. Bundan sonra Murad həvəskar boks karyerasını başa vurub. 30 yaşlı Klark fevralın 19-da Mançester şəhərində həmyerlisi Ceyk Darnelli nokautla məğlub etməklə peşəkar boksda debüt edib. Məhz Murad da onunla peşəkar rinqdə döyüşmək üçün Klarkın yarışdığı “Probellum” təşkilatı ilə müqavilə imzalayıb.

Onu da bildirək ki, ağır çəkili dünya çempionu Vladimir Kliçkonun fanatı olan Murad Əliyev peşəkar boksda debütünü ötən ilin noyabrın 20-də ukraynalı Qerman Skobenkoya qarşı edib və hakimlərin qərarı ilə qalib olub. Fevralın 19-da isə Bosniya və Herseqovinadan olan Corce Tomiçi ikinci raundda nokautla məğlub edib. Onun hər iki döyüşü Almaniyanın Hamburq şəhərində baş tutub.

Səbuhi Musa

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir