FHN əməkdaşı Azərbaycan çempionatının qalibi olub – FOTO

İdman

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN)  xəbərinə görə, yarışda Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətinin ümumilikdə 140-a yaxın üzgüçüsü öz qüvvəsini sınayıb. FHN-in İdman-sağlamlıq klubunun İdman-təlim şöbəsinin inspektoru, baş leytenant Boris Kirillov yüksək nəticə göstərərək kişilər arasında 50 metrə arxası üstə üzmədə 1-ci yerə layiq görülüb. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu təqdim olunub.

Qeyd edək ki, Boris Kirillov 2013-cü ildə İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısıdır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.