Çempionlar Liqası: Həftənin rəmzi komandası AÇIQLANIB – FOTO

İdman

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin rəmzi komandası açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytına əsasən, ən yaxşı “11-liy”ə İspaniyanın “Vilyarreal” və “Atletiko” (Madrid) komandalarından ümumilikdə 7 futbolçu düşüb. Digər 4 oyunçu isə İngiltərə “Çelsi” və Portuqaliyanın “Benfika” komandalarını təmsil edir.

Qapıçı: Xeronimo Rulyi (“Vilyarreal”)

Müdafiəçilər: Renan Lodi, Stefan Saviç (hər ikisi “Atletiko”), Alexandro Qrimaldo (“Benfika”), Pau Torres, Pervis Estupinyan (hər ikisi (“Vilyarreal”)

Yarımmüdafiəçilər: Arno Qrüneveld (“Vilyarreal”), Jorjinyo, Kristian Pulişiç (hər ikisi “Çelsi”)

Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Darvin Nunyes (“Benfika”).

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir