Bu gün Avropa klub turnirlərinin püşkü atılacaq

İdman

Bu gün Avropanın üç klub turnirinin püşkatma mərasimi keçiriləcək.

Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının və Avropa Konfrans Liqasının 1/4, 1/2 və final mərhələlərinin püşkü baş tutacaq. Kor püşkə əsasən, eyni ölkə təmsilçiləri də bir-biriləri ilə mübarizə apara biləcəklər.

Çempionlar Liqası

“Atletiko”, “Real”, “Vilyareal” (hər üçü İspaniya), “Bayern” (Almaniya), “Benfika” (Portuqaliya), “Çelsi”, “Liverpul”, “Mançester Siti” (hər üçü İngiltərə);

Avropa Liqası

“Leypsiq”, “Ayntraxt” (hər ikisi Almaniya), “Barselona” (İspaniya), “Atalanta” (İtaliya), “Braqa” (Portuqaliya), “Reyncers” (Şotlandiya), “Vest Hem” (İngiltərə), “Lion” (Fransa);

Konfrans Liqası

“Marsel” (Fransa), “Lester” (İngiltərə), PSV, “Feyenoord” (hər ikisi Niderland), “Bodo/Qlimt” (Norveç), PAOK (Yunanıstan), “Slaviya” (Çexiya), “Roma” (İtaliya).

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar Liqasının püşkatması Bakı vaxtı ilə saat 15:00-da, Avropa Liqasınınkı saat 16:30-da və Konfrans Liqasınınkı saat 18:00-da başlayacaq.

Püşkatma zamanı mayın 28-də Fransanın paytaxtı Parisdə keçiriləcək Çempionlar Liqası finalının, mayın 18-də İspaniyanın Sevilya şəhərində keçiriləcək Avropa Liqası finalının və mayın 25-də Albaniyanın Tirana şəhərində keçiriləcək Konfrans Liqası finalının nominal meydan sahibləri bəlli olacaq.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir